AZ

Cəlal Əliyevin qızı “Bolmarket”ı icarəyə verilən məkandan çıxarır Ramil Məmmədli faktı təsdiqləyib

Mia.az saytından alınan məlumata görə, ain.az bildirir.

Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadəyə məxsus “Bolmart” mağazalar şəbəkəsının Bakının Nəsimi Rayonu  Səməd Vurğun küçəsində yerləşən ən  böyük filialı  yerləşdiyi obyektdən çıxarılır.

Mia.az Gununsesi.info-ya istinadla xəbər verir ki, məsələ ilə bağlı bu gün “Bolmart” marketlər şəbəkəsinin icraçı direktoru Ramil Məmmədli media üçün brifinq keçirib və məsələyə aydınlıq gətirib.

R.Məmmədli qeyd edib ki, onlara əvvəlcədən xəbərdarlıq edilmədən, həmin ünvanın başqa şəxslərə icarəyə verilməsi ilə bağlı məlumat verilib.

“Bu, ciddi problemlər yaradıb. Marketdə hazırda 200-dən artıq əməkdaş çalışır və bu filialın fəaliyyətini dayandırmağa məcbur olublar”, – deyə o əlavə edib.

Onun sözlərinə görə, hazırda danışıqlar aparılır və məqsəd odur ki, heç bir xəbərdarlıq edilmədən icarə müqaviləsinin dayandırılması ilə bağlı qərarın qəbul olunmasının qarşısı alınsın.

“Məsələni məhkəmə yolu ilə deyil, hüquqi üsullarla, danışıqlar və ünsiyyət vasitəsilə həll etmək istəyirik”, – deyə R.Məmmədli vurğulayıb.

Qeyd edək ki, mənbəmizə daxil olan məlumata görə, həmin obyektin məhrum akademik Cəlal Əliyevin qızı  İzzətxanım Cavadovaya məxsus olduğunu deyib.

Qeyd edək ki, bir qədər əvvəl Gununsesi.info olaraq bu məsələ ilə bağlı məlumat yaymışdıq.

Həmin məlumatda bildirilirdi ki, icarə pulunun artırılması səbəbindən “Bolmart” oranı tərk edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
mia.az

1Mənbələr