London "Arsenal"ı İngiltərə Liqa Kubokunda "Brayton"u məğlub edərək qələbə seriyasını davam etdirib.
Fanat.Az xəbər verir ki, Mikel Artetanın komandası rəqibinə evdə 2:0 hesabı ilə qalib gəlib.
"Opta"nın məlumatına görə, "Arsenal" İngiltərənin elitasında bir ay ərzində keçirdiyi 6 oyunun hamısında rəqiblərini "quru hesab"la yenən ilk komanda olub.
Bundan əvvəl "topçular" "Kristal Palas"ı (İPL, 1:0), "Atletiko Madrid"i (ÇL, 4:0), "Fulhem"i (İPL, 1:0), "Vest Hem"i (İPL, 2:0) və "Olimpiakos"u (ÇL, 2:0) məğlub etmişdilər.
London nəhənglərinin növbəti rəqibi "Börnli"dir. Görüş noyabrın ilk günündə İngiltərə çempionatı çərçivəsində keçiriləcək.
 
                        