AZ

Britaniyada nazir evini qanunsuz olaraq kirayəyə verib

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Böyük Britaniyanın maliyyə naziri Reyçel Rivz Londonun cənubundakı evini qanunsuz olaraq kirayəyə verib.

Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Məlumata görə, R.Rivz 2024-cü ilin yayında nazir vəzifəsinə təyin olunduqdan sonra Dauninq-stritə köçüb və Sazerk rayonundakı mənzilini ayda 3200 funt sterlinq qarşılığında kirayə verməli olub.

Ərazidəki yerli hakimiyyət orqanları ev sahiblərindən lisenziya almağı tələb edir, lakin mənzili icarəyə götürən daşınmaz əmlak agentliyi bununla bağlı nazirə məlumat verməyib.

Nazirin nümayəndəsi baş verənləri "qəsdən olmayan səhv" adlandırıb və Rivzin hazırda lisenziya almaq prosesində olduğunu bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
25
oxu.az

1Mənbələr