AZ

“MAHİRƏ NAĞIQIZI – 65” Monoqrafiya nəşr olunub

"Yazarlar" jurnalının baş redaktoru şair, publisist  Zaur Ustacın Prezident təqaüdçüsü, Azərbaycan Respublikasının Əməkdar müəllimi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin beynəlxalq əlaqələr üzrə prorektoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü, filologiya elmləri doktoru, professor,  eyni zamanda tanınmış şair   Mahirə  Nağıqızının (Hüseynova) anadan olmasının 65 illik  yubileyi münasibətilə "Mahırə Nağıqızı - 65" (monoqrafiya) adlı yeni kitabı işıq üzü görüb.

Olaylar.az  xəbər verir ki, kitab nəfis tərtibatla Mahirə Nağıqızının  yubiley tədbirləri çərçivəsində nəşr olunaraq geniş oxucu kütləsinə təqdim edilib.

"Yazarlar" jurnalının həyata keçirdiyi "Mahirə Nağıqızı - 65" layihəsinin uğurlu nəticəsi kimi ərsəyə gələn kitabın məsləhətçisi tanınmış ədəbiyyatşünas - tənqidçi Qurban Bayramov, redaktoru Hacıxanım Aida, naşiri isə Tuncay Şəhrilidir.

Birincisi "Giriş", sonuncusu "Yekun" olmaqla 6 fəsildən ibarət olan kitabda Zaur Ustacın Mahirə Nağıqızının bayatıları, şeirləri, hekayələri və məqalələri  haqqında yazdığı şərh və təbliğat xarakterli monoqrafik məqalələri toplanmışdır. Monoqrafiya şəklində tərtib olunmuş kitabda toplanmış məqalələr Mahirə Nağıqızının yaradıcılıq prinsiplərini, estetik görüşlərini, bədii dillə ifadə etdiyi aksioloji dəyərlər sistemini təbliğ və təhlil etmək nöqteyi-nəzərindən böyük əhəmiyyət kəsb edir. Kitab həm mütəxəsislər, həm də geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

Monoqrafiya  ölkənin əsas kitabxanalarının kitab fondlarına hədiyyə olunmaqla yanaşı, müxtəlif sabit internet platformalar üzərindən elektron kitab formatında da pulsuz olaraq yayımlanır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
5
olaylar.az

1Mənbələr