AZ

Analizə getməzdən əvvəl bilməli olduqlarınız - DİQQƏT

Rusiyalı terapevt Olqa Çistik xəbərdarlıq edir ki, bəzi vitamin və bioloji aktiv əlavələr analizlərin düzgün nəticə verməsinə mane olur.

E-saglam.az xəbər verir ki, dəmir, D vitamini və biotin qəbul edənlərdə analizlər çox zaman yanıltıcı olur. Məsələn, dəmir tableti qanda səviyyəni süni şəkildə artırır, biotin isə qalxanabənzər vəz hormon analizlərini pozur. Omega-3, kurkumin və C vitamini isə orqanizmdə iltihabı göstərən zülalı müvəqqəti azaldaraq xəstəliyi gizlədir.

Həkim əlavə edir ki, vitaminlərin artıq qəbulu da zərərlidir:

-  D vitamini böyrək daşına

- A vitamini dərinin qurumasına və saç tökülməsinə,- Yod çoxluğu isə qalxanabənzər vəz pozğunluğuna səbəb ola bilər.

Analizdən əvvəl diqqət ediləcək məqamlar:

- Dəmir tableti – analizdən 1 gün əvvəl dayandırın.

- Biotin – 8–72 saat əvvəl qəbul etməyin.

- Kalsium və maqnezium – analiz günü içməyin.

- Bitki tərkibli əlavələr – 1–2 həftə əvvəl dayandırın.

Çistik bildirir: “Vitamin və əlavələri qəbul edirsinizsə, bunu mütləq həkimə deyin, əks halda analizlər sizi aldada bilər".

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Seçilən
18
e-saglam.az

1Mənbələr