Palliyativ yardım klinikasının baş həkimi Sara Holms insanların son günlərində və saatlarında nələr hiss etdiyini açıqlayıb.
Redaktor.az xəbər verir ki, bu barədə "Lad Bible" məlumat yayıb.
Holms qeyd edib ki, bir çox insanlar palliyativ yardımı səhvən ölümə hazırlıq kimi qəbul edir. Əslində bu xidmətin məqsədi insanın son ana qədər rahat olmasını təmin etmək, planlar qurmasına, yaxınları ilə görüşməsinə və söhbət etməsinə imkan yaratmaqdır. Həkim əlavə edib ki, həyatdan ayrılma prosesi adətən çox sürətli və sakit olur.
O bildirib ki, son günlərdə insan adətən yorğunluq hiss edir, çox yatır və az yeyir, çünki həzm prosesi yavaşlayır. Holms həmçinin qeyd edib ki, qan da yavaş hərəkət etməyə başlayır, nəticədə dərinin rəngi dəyişir, nəfəs alma ritmi qeyri-müntəzəm olur və nəfəs arasında fasilələr yaranır.
Aytəkin TOFİQQIZI
 
                        