"Eurofighter Typhoon" 2 Maxa qədər maksimum sürətə (təxminən 2450 km/saat),2900 km-ə qədər döyüş radiusuna, 20.000 metrə qədər uçuş yüksəkliyinə və hər biri 90 kN itələmə gücünə malik iki EJ200 turbofan mühərrikə malikdir.

Qırıcının əsas üstün elementlərindən biri hədəflərin yüksək dəqiqliklə aşkarlamasını təmin edən Captor-E aktiv fazalı (AESA) radarıdır. Təyyarənin arsenalına AIM-120 AMRAAM, "Meteor", "Storm Shadow" və "Brimstone" hava-yer raketləri, eləcə də IRIS-T yaxın məsafəli raketlər daxildir. Delta qanad konfiqurasiyası və kanardları əla manevr qabiliyyətini təmin edir, rəqəmsal uçuş naqilləri sistemi isə idarəetməni artırır.
Pilot dəbilqəyə quraşdırılmış hədəfləmə sistemi, səs idarəetməsi, çoxfunksiyalı displeylər və inkişaf etmiş başlıq displeyi (HUD) ilə təchiz olunur. Gövdə konstruksiyasında kompozit materialların istifadəsi təyyarənin yüksək yüklənməyə davamlılığını və minimal texniki xidmət tələb etməsini təmin edir.
"Eurofighter Typhoon" texniki xüsusiyyətləri:
Sürət: 2 Max-a qədər (təxminən 2450 km/saat)
Ucuş məsafəsi: 2900 km (əlavə yanacaq çənləri ilə)
Maksimum hündürlük: 20.000 metrə qədər
Mühərrik: İki EJ200 mühərriki (hər biri 90 kN itələmə gücü)
Radar: Captor-E aktiv fazalı AESA
Silahlanma: AIM-120 AMRAAM, "Meteor", "Storm Shadow", "Brimstone", IRIS-T və digərləri
Manevr qabiliyyəti: Delta qanad, irəli üfüqi stabilizatorlar və s.
Avtomatlaşdırma: Səs idarəetməsi, HUD əksolunma displeyi, şüşə kokpit
Sabitlik: Kompozit gövdə, aşağı əməliyyat xərcləri, yüksək döyüş hazırlığı

Türkiyə üçün "Eurofighter Typhoon"un alınması yalnız Hərbi Hava Qüvvələri donanmasının modernləşdirilməsi deyil, həm də strateji addımdır. “F-35” proqramından kənarlaşdırıldıqdan sonra ölkə alternativlər axtarmalı oldu. KAAN-ın inkişafı və “F-16”nın modernləşdirilməsi davam edərkən, bu qırıcılar Türkiyənin hava gücünü təmin edəcək, 5-ci nəsil qırıcılara keçidə imkan verəcək, havada güc balansını saxlamağa və HHQ-nin yüksək döyüş hazırlığını qorumağa kömək edəcək.
Almaniya ilə bağlanan müqavilə Türkiyə üçün hava məkanın təhlükəsizliyi sahəsində yeni bir dövr açır, geosiyasi mövqeyini gücləndirir və yeni müdafiə doktrinasının təməlini qoyur. "Eurofighter Taypoon" qırıcılarının təhvil verilməsi ilə Türkiyənin güclənməsi isə Türk Dövlətləri Təşkilatının güclənməsidir.
Bu qırıcıların Türkiyə tərəfindən əldə edilməsi Azərbaycanın Hərbi Hava Qüvvələri üçün də mühüm əhəmiyyət daşıyır. Daha əvvəlpilotlarımız ilk dəfə “F-16” və “Jf-17” qırıcıları ilə məhz Türkiyədə keçirilən təlimlərdə tanış olmuşdular. İndi isə onların "Eurofighter Taypoon" qırıcıları ilə yaxından təmasda olmaq imkanları yaranır.
Ədalət Verdiyev,hərbi ekspert
AzVision.az üçün