AZ

“Ukrayna məsələsində Çinlə birlikdə çalışacağıq” – Tramp

ABŞ Prezidenti Donald Tramp çinli həmkarı Si Cinpinlə Rusiya-Ukrayna müharibəsi məsələsini müzakirə etdiyini bildirib.

NOCOMMENT.az Ağ Evin yaydığı məlumata əsasən xəbər verir ki, Tramp bu barədə təyyarədə jurnalistlərə danışıb.

“Bəli, bu məsələ gündəmə gəldi. Ukrayna çox ciddi mövzu idi. Biz bu haqda çox danışdıq. Nəyisə edə biləcəyimizi anlamaq üçün biz birlikdə çalışacağıq. Biz razıyıq ki, tərəflər, bilirsiniz, dirəniblər və vuruşurlar və bəzən onlara döyüşməyə icazə vermək lazımdır, məncə. Ağılsızlıqdır. Amma o, (Çin – red.) bizə kömək edəcək və biz Ukrayna məsələsində birlikdə çalışacağıq”, – Tramp vurğulayıb.

Xatirə SADİQ

Seçilən
13
nocomment.az

1Mənbələr