AZ

“Türkiyə ilə sərhədlərin açılması an məsələsidir” - Paşinyan

“Türkiyə ilə çox müsbət dialoqumuz var. Hesab edirəm ki, Türkiyə ilə diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması sadəcə zaman məsələsidir, çünki indi ciddi maneələr yoxdur”.

Missiya.Az xəbər verir ki, bu sözləri Ermənistanın Baş naziri Nikol Paşinyan Paris Sülh Forumu çərçivəsində çıxışı zamanı deyib.

"Bunun nə qədər tez baş verəcəyi başqa sual və başqa məsələdir. Düşünürəm ki, biz tam diplomatik münasibətlərimiz, açıq sərhədlərimiz, iqtisadi və siyasi əməkdaşlığımız, normal qonşu olacağımız nöqtəyə çatırıq. İnanıram ki, o an yaxınlaşır. Amma indi dəqiq vaxt deyə bilmərəm", - deyə siyasətçi bildirib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
6
missiya.az

1Mənbələr