AZ

TƏBİB rəhbəri: Yeni mərkəz reabilitasiya xidmətlərinin səviyyəsini yüksəldəcək

BAKI, 30 oktyabr. TELEQRAF

"Həyata keçirilən bir sıra yeniliklər arasında Cənubi Qafqazın ən böyük Robotik Reabilitasiya Mərkəzinin yaradılması xüsusi qeyd edilməlidir".

Teleqraf xəbər verir ki, bunu TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex"in rəsmi açılış mərasimində deyib.

O bildirib ki, bu mərkəz ən müasir texnologiyalar vasitəsilə reabilitasiya xidmətlərinin səviyyəsini yüksəldəcək və pasiyentlərin bərpa prosesini daha səmərəli edəcək

Onun sözlərinə görə, digər mühüm istiqamət kimi təcili və təxirəsalınmaz tibbi yardım sistemində aparılan yeniliklər göstərilə bilər:

"Çağrı mərkəzlərinin modernləşdirilməsi, rəqəmsal idarəetmə sistemlərinin tətbiqi və logistik imkanların təkmilləşdirilməsi sayəsində bu xidmətin effektivliyi əhəmiyyətli dərəcədə artırılmışdır.

Bu gün təqdim edəcəyimiz “Layihə hovuzu” platforması da TƏBİB-in sosial məsuliyyət sahəsində atdığı mühüm addımlardan biridir".

Seçilən
10
teleqraf.com

1Mənbələr