AZ

Bakıda üç nəfərin üzərinə çinar ağacı aşdı

Bakıda güclü külək nəticəsində çinar ağacı aşıb.

"Unikal" Report-a istinadən xəbər verir ki, hadisə Y.Məmmədəliyev küçəsi ev 7-nin qarşısında qeydə alınıb.

Hadisə nəticəsində Bakı şəhər sakinləri - 2004-cü il təvəllüdlü Nəzrin Müşfiq qızı Mikayılova, 1993-cü il təvəllüdlü Arif Şakiroviç Xoderev və 2002-ci il təvəllüdlü Ramil Ramis oğlu Hüseynov ağacın altında qalaraq xəsarət alıblar.

Onlara xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.

Seçilən
5
15
unikal.az

10Mənbələr