AZ

“Həmin yük də Azərbaycan üzərindən daşınacaq” Politoloq

ain.az, Adelet.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Azərbaycanın nəqliyyat imkanlarından daha bir dövlət, uzaq Finlandiya da istifadə edəcək. Finlandiya Prezidenti Aleksandr Stubb Qazaxıstana iki günlük səfəri çərçivəsində bu ölkənin lideri Kasım-Jomart Tokayevlə geniş fikir mübadiləsi aparıb. Maraqlıdır ki, bu iki dövlətin lideri bir il əvvəl məhz Bakıda görüşmüşdülər. Aleksandr Stubb və Kasım-Jomart Tokayev Bakıda keçirilən COP29 iqlim konfransı çərçivəsində bir araya gəlmişdilər”. 

Adalet.az xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib. 

O bildirib ki, Bakıdakı görüşdə Finlyandiya Şimali Avropa regionunda və bütövlükdə Avropa İttifaqında Qazaxıstanın etibarlı tərəfdaşı adlandırılmışdı: 

“Finlyandiyanın Mərkəzi Asiya ölkələri ilə ticarətinin təqribən 90 faizi məhz Qazaxıstanın payına düşür. Helsinkinin Qazaxıstanla əməkdaşlığı dərinləşdirməkdə başqa marağı da var. Finlyandiyada iki atom elektrik stansiyası var və bu stansiyalar daima uranla təmin olunmalıdırlar. Finlyandiya keçmiş illərdə uranı Rusiyadan alırdı. Ancaq indi bu mümkün deyil. Ona görə də Helsinki diqqətini Qazaxıstan uranına yönəldib. Beləliklə, Fransa ilə yanaşı Finlyandiya da Qazaxıstandan uran alacaqsa, bu gələcəkdə Orta dəhliz və Azərbaycan üzərindən daşınacaq”.

Vasif ƏLİHÜSEYN

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
10
1
adalet.az

2Mənbələr