AZ

“Qardaşlığın nə qədər güclü olduğunu göstərmək istədim” - Bilal Ərdoğan

“Cümhuriyyət Bayramı münasibətilə Azərbaycana gələrək iki ölkə arasındakı qardaşlığın nə qədər möhkəm və sarsılmaz olduğunu göstərmək istədim.”

Bu fikirləri "Yeniazərbaycan.com"a açıqlamasında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu, Elm Yayma Vəqfi və Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan bildirib.

O, Azərbaycanın Zəfər Gününə çox az vaxt qaldığını qeyd edərək, bu münasibətlə Azərbaycan xalqını təbrik edib. Bilal Ərdoğan vurğulayıb ki, Türkiyə və Azərbaycan arasında qardaşlıq münasibətləri hər kəsin düşündüyündən daha yüksək səviyyədədir və bu birliyin qorunub saxlanılması həm iki ölkə, həm bölgə, həm də dünya miqyasında sülhün və sabitliyin bərpası baxımından mühüm əhəmiyyət kəsb edir.

Bilal Ərdoğan həmçinin bu qardaşlığı daha da möhkəmləndirmək üçün çalışmaqda davam edəcəklərini bildirib və Zəngəzur dəhlizinin açılacağı günü həyəcanla gözlədiyini vurğulayıb.

Aytən Rəhimli

Seçilən
11
1
yeniazerbaycan.com

2Mənbələr