Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Bakıda yol hərəkəti qaydasını pozan sürücülər təhlükəli vəziyyət yaradıblar. Avtosfer.az xəbər verir ki, hadisə oktyabrın 10-da, paytaxtın Süleyman Əhmədov küçəsində qeydə alınıb.
Belə ki, 90-HC-567 qeydiyyat nişanlı "Lexus" markalı və 77-VR-291 qeydiyyat nişanlı "Changan" markalı avtomobilin sürücüsü qırmızı işığın yanmasına əhəmiyyət verməyərək kəsişmə yerinə daxil olublar. Nəticədə yaşıl işıqda hərəkət edən avtomobilin qarşısına çıxaraq ona təhlükəli anlar yaşadıblar.
Sürücü təcrübəli olduğundan, yaşıl işığın yanmasına baxmayaraq, qırmızıda keçən avtomobillərin ola biləcəyini əvvəlcədən ehtimal edib. Bu səbəbdən baş verə biləcək qəzanın qarşısını vaxtında ala bilib.
Fərid
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.
 
                        