ain.az bildirir, Oxu.az portalına istinadən.
Prezidentin izi ilə təşkil olunan ənənəvi mediatur çərçivəsində Zəngilan şəhərinə, Ağalı və Məmmədbəyli kəndlərinə səfər baş tutub.
Oxu.Az PhotoStock.az-a istinadən xəbər verir ki, mediaturda Zəngilan rayonunun Ağalı kəndinin qurulmasının ikinci mərhələsində 103 sayda evin istifadəyə veriləcəyi qeyd edilib.
Bunlar 55 ədəd ikiotaqlı fərdi yaşayış evləri, üç ədəd isə üçmərtəbəli ikibloklu "Townhouse" tipli binalardakı mənzillərdən ibarətdir. 36 ədəd birotaqlı mənzillər, 12 ədəd isə ikiotaqlı mənzillər inşa edilib. Bununla yanaşı, ikinci mərhələdə bütün yaşayış və qeyri-yaşayış binaları tam olaraq qazla təmin olunub, kənddə ümumi sahəsi 2.2 hektar olan park salınıb.
Ümumi sahəsi 51.6 hektar olan Məmmədbəyli kəndində isə iki ədəd çoxfunksiyalı qeyri-yaşayış binası və 188 fərdi yaşayış evi inşa edilib. Onlardan 39-u iki, 55-i üç, 55-i dörd, 39-u isə beşotaqlıdır.
Eyni zamanda, kəndin bütün fərdi yaşayış evlərində günəş panelləri quraşdırılıb.










Daha çox foto burada: PhotoStock.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.