AZ

Bakı və İrəvan arasındakı sülh prosesindəki irəliləyiş regional əməkdaşlıq üçün yol açır - BVF

Bakı. Trend:

Azərbaycan və Ermənistan arasında sülh sazişi üzrə əldə olunanirəliləyiş regionda sabitliyin möhkəmlənməsi və regionaləməkdaşlığın inkişafı istiqamətində ümidverici addımdır.

Trend xəbər verirki, bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və MərkəziAsiya departamentinin direktoru Cihad Azur onlayn brifinq zamanıdeyib.

“Ötən ilin avqust ayında Azərbaycan və Ermənistan arasında əldəolunan ilkin sülh razılaşması sabitliyin möhkəmlənməsi və regiondaəməkdaşlığın inkişafı istiqamətində müsbət siqnal oldu.

Əgər bu proses davam etdirilərsə, o, ticarət, investisiyalar vəiqtisadi inteqrasiya üçün bütün regionda yeni imkanlar aça bilər”,– deyə o vurğulayıb.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, ABŞ Prezidenti Donald Tramp və ErmənistanRespublikasının Baş naziri Nikol Paşinyan Azərbaycan Prezidenti vəErmənistan Baş nazirinin Vaşinqtonda görüşü ilə bağlı BirgəBəyannamə imzalayıblar.

Bundan başqa, Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyev, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampvə Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyan, AzərbaycanRespublikasının xarici işlər naziri Ceyhun Bayramov və ErmənistanRespublikasının xarici işlər naziri Ararat Mirzoyan arasındakeçirilən görüşdə “Azərbaycan Respublikası ilə ErmənistanRespublikası xarici işlər naziri arasında sülh və dövlətlərarasımünasibətlərin yaradılması haqqında Saziş” layihəsiniparaflayıblar.

Seçilən
17
3
az.trend.az

4Mənbələr