AZ

Madrid klubunun ulduzu "Fənərbaxça"ya razılıq verdi

"Fənərbaxça" "Atletiko Madrid"in futbolçusu Aleksandr Sörlotu transfer etmək istəyir. Metbuat.az xəbər verir ki, hücum xəttindəki oyunçuların oyunundan razı olmayan Türkiyə nəhəngi iddialı futbolçu ilə heyətini gücləndirmək istəyir. Türkiyə mediasının məlumatına görə, futbolçu "Atletiko Madrid"də davamlı oyun şansı əldə etmədiyi üçün "Fənərbaxça"ya transfer olmağa razılıq verib. Bildirilir ki, "Atletiko Madrid" futbolçu üçün 35 milyon avro tələb edib. Türkiyə nəhəngi isə əvvəlcə icarə variantını nəzərdən keçirir.

Qeyd edək ki, Aleksandr Sörlot bu mövsüm "Atletiko Madrid"də 14 oyunda 2 dəfə fərqlənib.

Seçilən
11
1
metbuat.az

2Mənbələr