AZ

ABŞ-da nüvə sınaqlarının bərpası üçün ən azı 36 ay tələb olunur

ABŞ Milli Nüvə Təhlükəsizliyi İdarəsi (NNSA) bəyan edib ki, Nevada ştatındakı keçmiş sınaq poliqonunda yeraltı nüvə sınaqlarının bərpası üçün ən azı 36 aya ehtiyac var.

Editor.az xəbər verir ki, bu barədə ABŞ Silahlara Nəzarət Assosiasiyasının direktoru Daryl Kimball “Sputnik”ə açıqlamasında məlumat verib.

“Keçmiş Nevada Sınaq Sahəsində yeraltı nüvə sınaqlarını bərpa etmək üçün ən azı 36 ay vaxt lazımdır”, – deyə Kimball bildirib.

Ekspertin sözlərinə görə, ABŞ-ın 1992-ci ildən bəri dayandırdığı nüvə silahı sınaqlarını yenidən bərpa etmək üçün heç bir texniki, hərbi və ya siyasi əsas mövcud deyil. O, keçmiş prezident Donald Trampın bu istiqamətdə atdığı addımı “ehtiyatsız qərar” adlandırıb.

Kimball həmçinin xatırladıb ki, ABŞ 1996-cı ildə Əhatəli Nüvə Sınaqlarının Qadağası Müqaviləsini imzalasa da, sənədi indiyədək ratifikasiya etməyib. Onun sözlərinə görə, nüvə sınaqlarına dair moratorium qüvvəyə mindikdən sonra yalnız Şimali Koreya bu cür sınaqlar həyata keçirib.

Xatırladaq ki, bundan əvvəl Donald Tramp ABŞ Müdafiə Nazirliyinə nüvə sınaqlarının, nüvə proqramlarına malik olduğu iddia edilən digər ölkələrlə “bərabər əsasda” aparılması barədə əmr verdiyini açıqlamışdı.

//Gülnarə Abasova, Editor.az

Seçilən
24
editor.az

1Mənbələr