AZ

Faiz dəyişdi, kirayə mənzillər ucuzlaşacaq?

Azərbaycanda evini kirayə verənlərdən tutulan 14 faizlik vergi gələn ildən 10 faizə enəcək. Bəs bu, kirayə qiymətlərin ucuzlaşmasına səbəb ola bilər?Əmlak eksperti Ramil Osmanlı Metbuat.az-a açıqlamasında bildirib ki, bu, böyük bir rəqəm deyil, ona görə də kirayə mənzil qiymətlərində hər hansı təsiri olacağını düşünmür: "Nəzərə almaq lazımdır ki, hazırda kirayə mənzil bazarındakı mənzillərin heç 5 faizi qanunvericilikdə göstərilən qaydada rəsmi müqavilələrlə icarəyə vermir. Buna görə də, bu dəyişiklik bazardakı qiymətlərə əhəmiyyətli təsir göstərməyəcək".R.Osmanlının fikrincə, bu addım daha çox stimullaşdırıcı xarakter daşıyır:"Yalnız növbəti ilin sonunda, yəni rəqəmləri təhlil etdikdən sonra demək mümkün olacaq ki, bu il tətbiq edilən dörd faizlik fərq kirayə müqavilələrinin sayına necə təsir göstərib. Zənnimcə, bu, əhəmiyyətli rəqəm olmayacaq. Hər bir halda, yekun nəticə gələn ilin sonunda bəlli olacaq və ümumilikdə düşünürəm ki, bu dəyişiklik kirayə mənzil bazarında qiymət artımına və ya azalmaya səbəb olmayacaq".

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
13
1
metbuat.az

2Mənbələr