AZ

Bu xəstələrin dərman preparatları ilə təmin edilməsi mümkün olacaq

Yazını böyüt
Yazını kiçilt

“Medinex 2025” sərgisinin Azərbaycanda keçirilməsi çox yaxşı ənənəyə çevrilib. Bu sərgidə ölkəmizin səhiyyə sahəsində çalışan yüksəkixtisaslı mütəxəssisləri iştirak edirlər. Tədbir həm peşəkarlar, həm də ümumilikdə səhiyyə sistemimiz üçün son dərəcə faydalıdır.

Hafta.az xəbər verir ki, bunu “Medinex 2025” sərgisinin açılış mərasimində Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O həmçinin qeyd edib ki, icbari tibbi sığortanın tətbiqinə başlanması ölkəmizdə uzun və mürəkkəb bir proses olub:

“Ulu Öndər Heydər Əliyevin ən böyük arzularından biri də məhz icbari tibbi sığortanın ölkəmizdə tətbiqi idi. Ümummilli Lider yaxşı bilirdi ki, əhalinin sağlamlığının qorunması istiqamətində bu addım olduqca vacibdir. Lakin həmin dövrdə ölkənin iqtisadi vəziyyəti və səhiyyə sahəsində kadr çatışmazlığı buna imkan vermədi. Ancaq bu gün aparılan uğurlu islahatlar, həyata keçirilən məqsədyönlü addımlar və ölkəmizdəki iqtisadi inkişaf sayəsində biz artıq icbari tibbi sığortanı tətbiq edə bilmişik”.

Əhliman Əmiraslanov, eyni zamanda, bildirib ki, gələcəkdə məqsəd ambulator müalicədə olan xəstələrin də dərman preparatları ilə təmin olunmasıdır:

“Bu sahədə məqsədyönlü, ardıcıl iş aparılır və nəticələri yaxın gələcəkdə daha aydın görünəcək”.

Seçilən
31
1
hafta.az

2Mənbələr