AZ

“Melissa” 34 nəfərin ölümünə səbəb oldu

Baham adalarını vuran “Melissa” qasırğası Yamayka, Kuba və Dominikan Respublikasında 34 nəfərin həyatına son qoyub. 

NOCOMMENT.az xəbər verir ki, bu barədə “The Independent” yazır.

Haiti hakimiyyəti daşqınlar nəticəsində 25 nəfərin öldüyünü bildirib. Yamaykada səkkiz ölüm faktı təsdiqlənib. Dominikan Respublikasında bir nəfərin öldüyü güman edilir. Qasırğa indi II kateqoriyaya qədər zəifləyib.

“Cuba Si” nəşrinin məlumatına görə, Kuba Meteorologiya İnstitutu şiddətli yağışların davam edəcəyi, güclü külək və dalğalı dənizlər barədə xəbərdarlıq edib.

Qeyd edək ki, oktyabrın 29-na keçən gecə qasırğa Kubanın şərq sahillərinə çatıb. Prezident Migel Dias-Kanel bildirib ki, “Melissa”nın yaxınlaşması səbəbindən ölkə üzrə 735 mindən çox insan təxliyə edilib.

Xatirə SADİQ

Seçilən
32
nocomment.az

1Mənbələr