ain.az xəbər verir, Hurriyyet saytına əsaslanaraq.
Hurriyyet.az xəbər verir ki, artıq ilk evdar robotlar satışa çıxarılıb.
Çoxfunksiyalı ev robotu NEO ağıllı qurğular bazarına çıxarılıb. O, gündəlik ev işlərinin böyük bir qisminin öhdəsindən gələ bilir. Robotu hazırlayanlar onu "gələcəyin ev köməkçisi" adlandırırlar və bu mübaliğəyə oxşamır.
NEO paltarları, qabları yuya, döşəməni yığışdırmağı bacarır, 25 kiloqrama qədər yük daşıya bilir. Süni intellekt yüklənməsinin sayəsində robot sahibinin vərdişlərinə uyğunlaşa bilir: ailənin gün rejimii təhlil edir, ev yığışdırmaq, paltar yumaq üçün optimal vaxt seçir. Hətta yeni bacarıqlar öyrənmək qabiliyyəti var.
Bundan başqa, NEO-dan uşağa nağıl danışmağı və ya planlaşdırılmış işləri görməyi xahiş etmək olar. O, səs komandalarına reaksiya verir və mobil tətbiq vasitəsi ilə idarə olunur. Robot müstəqil şəkildə özünə elektrik yükləyə bilir - bu da onu evin içərisində tamamilə müstəqil edir.
İstehsalçıların fikrincə, NEO təkcə əmrlərə reaksiya vermir, həm də tədricən ağıllı evin bir hissəsinə, süşünməyi və fəal addımlar atmağı bacaran sistemə çevirir.
Gələcəyin texnologiyasının qiyməti hələ ki, yüksəkdir: onu ayda 500 dollara icarəyə götürmək, yaxud da 20 min dollara satın almaq olar. Ekspertlərin fikrincə, fəal istifadə edildikdə, robot məişət xidmətlərinə xərcləri xeyli azalda, sahibinin asudə vaxtını artıra bilər.
Hürr Tərcüman
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.
 
                        