AZ

“Real”ın Vinisiusla bağlı planı bəlli oldu

“Real” klubu hücumçu Vinisiusla baş məşqçi Xabi Alonso arasına münasibətlərin gərgin olmasına baxmayaraq, onunla müqaviləni uzatmaqda israrlıdır.

Publika.az xəbər verir ki, bu barədə "Cadena Ser" məlumat yayıb.

Madrid təmsilçisi planlarını dəyişməyi düşünmür və Vinisius Juniorla sözləşməni yeniləmək niyyətindədir. Klub vəziyyətin mürəkkəb olduğunu, futbolçu ilə baş məşqçi arasında əlaqələrin hazırda yaxşı olmadığını dərk etsə də, bu məsələdə optimist yanaşmanı qoruyur.

Bundan əvvəl məlumat verilmişdi ki, Vinisius “Real”dan ayrılmaq variantını nəzərdən keçirir və agentindən ona yeni klub tapmağı xahiş edib.

Seçilən
7
publika.az

1Mənbələr