Bakı. Trend:
Əlaqəliliyin möhkəmləndirilməsi üzrə təşəbbüslər Azərbaycanın öziqtisadiyyatını şaxələndirməsinə imkan verir.
Bunu Beynəlxalq Valyuta Fondunun (BVF) Yaxın Şərq və MərkəziAsiya departamentinin direktoru Cihad Azur onlayn brifinqdəTrend-in sualınıcavablandırarkən bildirib.
“Kommunikasiyaların gücləndirilməsinə və müxtəlif dəhlizlərin –həm enerji, həm də ticarət - inkişafına yönəlmiş təşəbbüslərAzərbaycanın öz iqtisadiyyatını şaxələndirməsinə imkan verir vəqarşılıqlı əlaqəliliyini artırmaq imkanı yaradır. Bunun üçün birsıra vacib addımlar atılmalıdır. Ən başlıcası, ticarətinşaxələndirilməsinə və özəl sektorun iqtisadiyyatda iştirakınıngücləndirilməsinə töhfə verən islahatların davam etdirilməsidir”, –deyə o bildirib.
Azur əlavə edib ki, dövlət müəssisələrinin fəaliyyətininsəmərəliliyinin artırılmasına yönəlmiş islahatlar da düzgünistiqamətdə atılmış addımdır.
“Bundan əlavə, son dövrlərdə geosiyasi vəziyyətdəki müsbətinkişaflar, xüsusilə Orta Dəhlizin potensialının inkişafıbaxımından inteqrasiyanın genişləndirilməsi və sürətləndirilməsiüçün əlverişli şərait yaradır”, – deyə o əlavə edib.
 
                        