AZ

Çelsi iki məşhur qapıçıdan birini heyətinə cəlb etmək istəyir

ain.az bildirir, Cebheinfo portalına istinadən.

İngiltərənin "Çelsi" klubu yeni qapıçı transfer etmək istəyir.

"Report" "Sky Sport"a istinadən xəbər verir ki, London təmsilçisi təcrübəli qolkiperlə anlaşmaq niyyətindədir.

"Zadəganlar" iki əsas variantı nəzərdən keçirir. Premyer Liqa komandası İspaniya təmsilçisi "Barselona"dan Mark-Andre ter Ştegen və İtaliyanın "Milan" kollektivindən Mayk Menyanla maraqlanır.

Rəhbərlik bu iki qolkiperi hazırkı qapıçı Robert Sançesdən daha yaxşı hesab edir. İspaniyalı futbolçu 2023-cü ildən "Çelsi"nin əsas "çərçivə qoruyucusu"dur.

Qeyd edək ki, Mark-Andre ter Ştegenin Kataloniya klubu ilə 2028-ci ilin yayınadək müqaviləsi var. Menyanın hazırkı sözləşməsi isə 2026-cı ilin yayınadək qüvvədədir.

"Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
16
1
cebheinfo.az

2Mənbələr