BAKI, 30 oktyabr. TELEQRAF
Özbəkistan Milli Akademik Dram Teatrının aktyoru, Xalq artisti Yoqub Əhmədov 87 yaşında vəfat edib.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Milli Akademik Dram Teatrı məlumat yayıb.
Yoqub Əhmədov 1938-ci il yanvarın 3-də Namanqan şəhərində anadan olub. 1959-cu ildə A.N. Ostrovski adına Daşkənd Teatr və Rəssamlıq Sənəti İnstitutunu bitirib.
1958-ci ildən Akademik Milli Dram Teatrında aktyor kimi çalışıb və səhnədə təxminən 50-yə yaxın fərqli obraz yaradıb. 1990-cı illərin sonlarından 2013-cü ilə qədər teatrın direktoru olub, 2015-ci ildə isə teatr nəzdində “Aktor ustalığı məktəbi” studiyasını təsis edib.
1958-ci ildən yüzlərlə filmdə rol alıb və 400-dən çox filmin dublajında iştirak edib.