Mərkəzi Bankın sədr müavini Əli Əhmədov Azərbaycan Kapital Bazarları Assosiasiyası, Bakı Fond Birjası, Milli Depozit Mərkəzi və investisiya şirkətlərinin rəhbər şəxsləri ilə görüşüb.
Görüş zamanı 2025-ci ilin üçüncü rübü üzrə kapital bazarlarında müşahidə olunan meyllər, sektorun inkişafına təsir edən əsas amillər və bazar infrastrukturunun gücləndirilməsi ilə bağlı məsələlər müzakirə edilib.
Görüşdə qarşıdakı dövr üçün kapital bazarlarının inkişafına dair strateji hədəflər, investisiya şirkətlərinin maliyyə dayanıqlılığın artırılması və maliyyə vasitəçiliyinin dərinləşdirilməsi istiqamətində görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılıb.


