AZ

"YouTube" köhnə videoların keyfiyyətini süni intellektləyaxşılaşdıracaq

YouTube süni intellektin köməyi ilə aşağı keyfiyyətli videoların görüntüsünü avtomatik şəkildə yaxşılaşdıran yeni funksiyanı istifadəyə verir.

Redaktor.az xəbər verir ki, bu barədə "The Verge" nəşri məlumat yayıb.

Yeni texnologiya ilkin olaraq 240p-dən 720p-yə qədər olan videoların miqyaslandırılmasını təmin edəcək. Gələcəkdə isə YouTube süni intellekt vasitəsilə videoların keyfiyyətini 4K səviyyəsinə qədər artırmağı planlaşdırır. Qeyd olunur ki, bu proses zamanı videonun orijinal faylı dəyişdirilməyəcək, istifadəçilər istədikdə orijinal və ya təkmilləşdirilmiş versiya arasında seçim edə biləcəklər.

Şirkətin açıqlamasına görə, həm kontent müəllifləri, həm də izləyicilər avtomatik yaxşılaşdırmanı istəmədikdə söndürə biləcəklər. Bu imkan, daha əvvəl Sİ alqoritmləri ilə işləyərkən videoların keyfiyyətində arzuolunmaz dəyişikliklər müşahidə edən kontent yaradıcılarının çoxsaylı şikayətlərindən sonra əlavə edilib.

Süni intellektlə apskeyl (miqyaslandırma) texnologiyası artıq bəzi televiziya və media pleyer istehsalçıları tərəfindən istifadə olunur. Lakin YouTube bu texnologiyanı istifadəçi nəzarəti ilə birləşdirərək tətbiq edən ilk böyük video platforma olub.

Nuriyyə NATİQQIZI

Seçilən
20
1
redaktor.az

2Mənbələr