AZ

"Qəbirdə yatsam belə, həmişə həyatdayam” - Cabir İmanovun heç yerdə görmədiyiniz VİDEOSU

“Planet Parni İz Baku” KVN teatrı və komandasının əvvəlki üzvü, Heydər Əliyev Sarayının direktoru İlham Qasımov ötən ay vəfat edən dostu Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib.

Ölkə.Az xəbər verir ki, o C.İmanovun daha əvvəl heç yerdə paylaşılmayan videosunu izləyiciləri ilə bölüşüb:
“Videonu çəkdim, göndərdim telefonuna. Özü montaj etdi, musiqi qoydu və üstündən bu şeiri oxudu. Göndərdi mənə ki, bax, necədir? Bölüşmək istəyirəm. Dedim, əladır amma, biraz səs tonun aşağıdır, onu qaldırmaq lazımdır. Razılaşdı. Sonradan baş qarışdı, unuduldu və video paylaşılmadı”.
İstəyini yerinə yetirirəm, əziz dost. Ruhun şad olsun!”, - deyə o qeyd edib.

Sözügedən videoda C.İmanov mərhum Xalq şairi Zəlimxan Yaqubun “Ey əsili olmayan kəs!” şeirindən bəzi misraları səsləndirib.

Həmin misraları təqdim edirik:

Ey əsili olmayan kəs! duya bilməzsən məni
Soyda, kökdə, özüldə, əsildəyəm, zatdayam

Məndə məni görməyə, səndə bir mənlik gərək
Oğulsan çıx yanıma, gör, mən hansı qatdayam.

Keçmişdə köküm yaşar, gələcəkdə budağım
Hər ötən saniyədə, hər gələn saatdayam

Sürünənlə, uçanın yer göy qədər fərqi var
Məni ayaqda gəzmə, mən qolda qanatdayam

Gün kimi doğulanlar qarışır şəfəqlərə
Rəngimi solğun görüb sanma bata-batdayam

Canım qara torpağın, nəfəsim göylərindir
Qəbirdə yatsam belə, həmişə həyatdayam”.

Qeyd edək ki, C.İmanov sentyabrın 29-da Səbail rayonu Üzeyir Hacıbəyli küçəsində yerləşən idman zalında infarkt keçirib. Hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, 49 yaşlı aktyoru xilas etmək mümkün olmayıb. O, Yasamal qəbiristanlığında dəfn edilib.

Billurə
 

Seçilən
15
olke.az

1Mənbələr