AZ

Gələn il Azərbaycanı hansı risklər gözləyir? Sabiq nazirdən XƏBƏRDARLIQ

“Büdcəmizin birbaşa və dolayı gəlirlərinin 2/3-dən çoxunun neftdən asılı olduğunu nəzərə alsaq, neft qiymətlərinin kəskin azalacağı tədqirdə hökumətin hansı problemlərlə üzləşə bilcəyini təsəvvür etmək çətin olmaz. Unutmayaq ki, ABŞ-Səudiyyə Ərəbistanı cütlüyü dünya bazarlarında neftin qiymətlərinin azalması istiqamətində artıq konkret addımlar atmağa başlayıblar”

Bu sözləri “Yeni Sabah”a açıqlamasında keçmiş maliyyə naziri Fikrət Yusifov bildirib.

O qeyd edib ki, 2026-cı ildə büdcənin gəlir və xərclərinin orta hesabla 0,7% artırılması proqnozlaşdırılır. pizza

Keçmiş nazirin sözlərinə görə, gələn ilin dövlət büdcəsinin parametrləri bu ilin 9 ayı ərzində ölkənin iqtisadiyyatında əldə olunmuş nəticələrə uyğundur.

“Xatırladıram ki, 9 ayın nəticələrinə görə Azərbaycan iqtisadiyyatında 1,3% artım qeydə alınıb, əmtəəlik neftin hasilatı ötən ilin 9 ayı ilə müqaisədə 4,6% aşağı düşübdür. Öən dövr ərzində iqtisadiyyatın real sektorunda 2,9% artım əldə olunsa da bunu o qədər də yüksək nəticə hesab etmək olmaz”, - F.Yusifov qeyd edib.

Sabiq nazir onu da vurğulayıb ki, bütün bu iqtisadi göstəricilərin fonunda növbəti ilin dövlət büdcəsinin həm gəlirlərində və həm də xərclərində diqqəti cəlb edəcək artımlar yoxdur: 

“Növbəti ildə büdcədə neftin bir bareli üçün qiymətlər 65 dollar nəzərdə tutulur ki, bu da kifayət qədər riskli addımdır. ABŞ Prezidentinin dünyada neft qiymətlərinin tənzimlənməsinə dair müəyyənləşdirdiyi kurs gələn ildə də davam edəcəksə (heç şübhəsiz davam edəcək), o halda 2026-cı ildə dünya bazarlarında neftin bir barelinin qiymətinin 40-45 dollar səviyyəsinə enməsi baş verə bilər”.

Aytac Əliyeva


Telegram kanalımız
Seçilən
20
yenisabah.az

1Mənbələr