BAKI, 30 oktyabr. TELEQRAF
Rusiya ordusu Ukraynanın Donetsk vilayətinin Pokrovsk şəhərində və daha üç yaşayış məntəqəsi ətrafında irəliləyib.
Teleqraf xəbər verir ki, bu barədə “DeepState” monitorinq qrupu (Ukrayna) məlumat yayıb.
“Düşmən Pokrovsk, Poltavka, Volodimirivka və Novomikolaivka yaxınlığında irəliləyib”, - məlumatda deyilir.
Həmçinin, Ukrayna Müdafiə Qüvvələri Novı Şaxove yaxınlığında Rusiya qüvvələrini geri çəkilməyə məcbur edib.
Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin dünən Pokrovskun mühasirəyə alındığını açıqlamışdı. Rusiya lideri Xarkov vilayətinin Kupyansk şəhərinin də mühasirəyə düşdüyünü iddia edib.