AZ

Paşinyan erməniləri seçkilərdə sülh təşəbbüsünü dəstəkləməyəçağırıb

Ermənistanın baş naziri Nikol Paşinyan yaxınlaşan parlament seçkilərində erməni xalqını sülh təşəbbüsünü dəstəkləməyə çağırıb. O, bildirib ki, Cənubi Qafqazda uzun illər sonra ilk dəfə sülh üçün real imkan yaranıb.

Redaktor.az bu barədə xarici mediaya istinadla xəbər verir.

Paşinyan əminliyini ifadə edib ki, ermənilər Azərbaycanla Qarabağ məsələsinin həlli çərçivəsində aparılan danışıqlar nəticəsində əldə olunmuş razılaşmaları dəstəkləyəcəklər.

Baş nazir qeyd edib ki, Bakı ilə imzalanan saziş beynəlxalq səviyyədə tanınmış sərhədlərin suverenliyi və toxunulmazlığı prinsiplərinə əsaslanır.

Nuriyyə NATİQQIZI

Seçilən
20
redaktor.az

1Mənbələr