AZ

Ağdərə rayonunun Vəngli kəndinə növbəti köç karvanı yola salınıb - FOTO

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, Böyük Qayıdış proqramına uyğun olaraq bu mərhələdə 9 ailə - 38 nəfər Vəngli kəndinə köçürülür.

Köçürülən ailələr Ağdamın Dördyol adlanan ərazisindən yola salınıb.

Qeyd edək ki, köçürülən ailələr bu günə kimi respublikanın müxtəlif yerlərində sanatoriya binalarında, inzibati binalarda məskunlaşan ailələrdir.

Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.

  • Ağdərə
  • Ağdərə
  • Ağdərə
  • Ağdərə
  • Ağdərə
  • Ağdərə
Seçilən
3
16
day.az

10Mənbələr