Bakı. Trend:
Azərbaycanda təqribən 300 françayzinq nöqtələri mövcuddur.
Trend xəbərverir ki, bu barədə "Azərbaycan Françayzinq Mərkəzi"nin CEO-suElnur İslamov Avrasiya Françayzinq Forumunda məlumat verilib.
Məlumata əsasən, françayzinq sahəsi üzrə Azərbaycanda ümumibrendlərin sayı 20, illik dövriyyəsi 0,03 milyard ABŞ dolları,ümumi daxili məhsuldakı (ÜDM) payı isə təqribən 0,1%səviyyəsindədir.
Bundan başqa, digər ölkələrə nəzər saldıqda, Türkiyədə 43 mindənçox, Qazaxıstanda təqribən 4 min, Özbəkistanda isə təxminən 2,5 minfrançayzinq nöqtələri mövcuddur.
Ümumi brendlərim sayı isə Türkiyədə təqribən 1,3 min,Qazaxıstanda 150, Özbəkistanda 120 vahiddir.