AZ

Çin Kosmik Stansiyasında siçanlar üzərində təcrübə aparılacaq

Yazını böyüt
Yazını kiçilt

Çin İnsanlı Kosmik Administrasiyasından (CMSA) bildirilib ki, "Shenzhou-21" pilotlu kosmik gəmisinin heyəti kosmik stansiyada olduqları müddətdə siçanlar üzərində elmi təcrübələr aparacaq.

Hafta.az-ın yazdığına görə, CMSA sözçüsü Çjan Cinbo, pilotlu kosmik gəminin buraxılışından bir gün əvvəl keçirilən mətbuat konfransında "Shenzhou-21" kosmik gəmisində Çin kosmik stansiyasına dörd siçan - iki erkək və iki dişi siçan çatdırılacaq.

Çinin kosmosda gəmiricilər üzərində elmi təcrübələr apardığı ilk dəfə olacağını qeyd edən Çjan Cinbo, orbitdəki tədqiqatların əsasən mikroqravitasiya və məhdud məkanlar kimi kosmik şəraitin heyvanların davranışına təsirini öyrənməyə yönəldiyini bildirib.

O əlavə edib ki, siçanlar daha sonra kosmik mühitdə stress reaksiyaları və müxtəlif toxuma və orqanlarında adaptiv dəyişikliklər üzrə əlavə tədqiqatlar üçün Yerə qaytarılacaq.

"Shenzhou-21" pilotlu kosmik gəmisi cümə günü Pekin vaxtı ilə saat 23:44-də Çinin şimal-qərbindəki Jiuquan Peyk Buraxılış Mərkəzindən buraxılacaq. Çinli astronavtlar Çjan Lu, Vu Fey və Çjan Honçjanq Shenzhou-21 pilotlu kosmik missiyasını yerinə yetirəcəklər.

Orbitdə olduqları müddətdə heyət ümumilikdə 27 yeni elmi və tətbiqi tədqiqat aparacaq.

Seçilən
17
1
hafta.az

2Mənbələr