AZ

İsrail ‘Hizbullah’a zərbə endirdi – Livanın cənubunda hərbi obyektlər vuruldu

İsrail Müdafiə Ordusu bəyan edib ki, Livanın cənubundakı Əl-Mahmudiya bölgəsində “Hizbullah” qruplaşmasına məxsus obyektlərə hava zərbələri endirilib.

Musavat.com xəbər verir ki, ordu nümayəndələrinin açıqlamasına görə, hücumlar zamanı təşkilatın infrastrukturu, raket buraxılış qurğuları və silah anbarları hədəfə alınıb.

İsrail tərəfi bildirib ki, bu cür obyektlərin mövcudluğu ölkələr arasındakı razılaşmaları pozur və ölkənin təhlükəsizliyinə yönəlmiş istənilən təhdidin qarşısını almaq üçün əməliyyatların davam etdiriləcəyini vurğulayıb.

Musavat.com

Seçilən
16
musavat.com

1Mənbələr