AZ

Cəsarət Hüseynzadə: “Qərbi Azərbaycanın dağıdılmış irsi sənədləşdirilərək beynəlxalq ictimaiyyətə təqdim olunur”

“İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyi tərəfindən icra olunan “Qərbi Azərbaycan İrsi” layihənin əsas məqsədi Qərbi Azərbaycanın dağıdılmış və izləri silinmiş maddi-mədəni irsinin elektron və vizual formatda sənədləşdirilməsi, arxivləşdirilməsi və bu irsin beynəlxalq ictimaiyyətə tanıdılmasıdır".

QHT.az xəbər verir ki, bu sözləri “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə bu gün Hüquq və İnsan Haqları İnstitutunda təşkilatın “Qərbi Azərbaycan İrsi” layihəsinin yekun tədbiri zamanı bildirib. QHT sədri layihənin məqsədləri, görülən işlər və əldə olunan nəticələr barədə geniş məlumat verib:

"Qərbi Azərbaycan ərazisindəki tarixi abidələr, məscidlər, körpülər, qalalar, karvansaralar, qəbiristanlıqlar və digər memarlıq nümunələri uzun illər ərzində sistemli şəkildə dağıdılıb, yer üzündən silinib və yaxud saxatalaşdırılaraq erməni abidəsi kimi təqdim olunub. Bu səbəbdən həmin abidələr haqqında məlumatalrın topalanaraq vahid elektron bazada daxil edilməsi mühüm əhəmiyyət daşıyır. Bu baxımdan layihə çərçivəsində təqdim edilən yenilənmiş qerbiazerbaycanirsi.az (www.westernazheritage.com) platforması Qərbi Azərbaycanın maddi-mədəni irsini əks etdirən interaktiv elektron bazadır".

Cəsarət Hüseynzadənin sözlərinə görə, ötən il yaradılan bu platforma cari ildə daha da təkmilləşdirilib — dizayn yenilənib, axtarış və filtr sistemləri genişləndirilib, məlumat bazası isə əhəmiyyətli dərəcədə zənginləşdirilib:

"Əgər 2024-cü ildə elektron bazada 200-dən çox abidə haqqında məlumat yerləşdirilmişdisə, 2025-ci ildə daha 250 abidə barədə məlumat əlavə olunub. Beləliklə, hazırda elektron bazada ümumilikdə 500-ə yaxın abidə haqqında məlumat toplanıb. E-baza istifadəçilərə Qərbi Azərbaycanın 21 abidə növü (məscid, qala, karvansara, körpü, qəbiristanlıq və s.) və tarixi mahal bölgüləri üzrə axtarış və filtr imkanları təqdim edir. Bütün məlumatlar Azərbaycan və ingilis dillərində təqdim olunur, bu da beynəlxalq auditoriyaya çıxışı təmin edir".

Seçilən
18
qht.az

1Mənbələr