BAKI, 30 oktyabr. TELEQRAF
Şəmkir şəhərində avtomobil yolları təmir ediləcək.
Teleqraf xəbər verir ki, müvafiq işlərin icrasına 1 milyon 554 min 331 manat ayrılması nəzərdə tutulur.
Qeyd edək ki, sözügedən işlərə Şəmkir Rayonu İcra Hakimiyyəti Başçısının Şəmkir Şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi nəzarət edəcək.