"Zəfər qələbəsinin 5 illiyinə hazırlaşırıq. Təbii ki, sonsuz qürur hissi keçirir, qələbəni bizə bəxş edənləri unutmuruq. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Ordumuz hərb tarixinə yeniliklər yazaraq torpaqlarımızı işğaldan azad etdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Məşhur Məmmədov deyib: "Təəssüf ki, müharibənin yazılmayan qanunları var. Qələbə nə qədər sevinc gətirsə də, torpaqlarımızın azadlığı uğrunda canından keçən qəhrəman oğullarımızın şəhadəti bizi kədərləndirir. Şəhid ailələri hər zaman dövlətin qayğısı ilə əhatə olunsa da, onların mənəvi dəstəyə daim ehtiyacı var. Bu dəfə YAP Masallı Rayon Təşkilatının sədri Seyfəddin Əliyev və köməkçilərimlə birgə Masallının Lürən inzibati ərazi dairəsində şəhid ailələri ilə görüşdük, qəhrəman şəhidlərimizin məzarlarını ziyarət edib gül dəstələri düzərək ehtiramımızı bildirdik. Ailələri dinlədik, qayğıları ilə maraqlandıq.
İllər bir-birini əvəz etdikcə, əvvəl səsləndirilən problemlərin növbəti illərdə təkrarlanmaması sevindirici haldır. Bu, onu göstərir ki, dövlətimizin yerlərdəki aidiyyəti qurumları hər zaman şəhid ailələrinin yanındadır və onlara maddi-mənəvi dəstəklərini əsirgəmirlər".Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik.
055 634 88 31