AZ

Gələn il Qazaxıstan-Azərbaycan ticarət dövriyyəsi bir milyard dollara çata bilər

Qazaxıstan-Azərbaycan ticarət dövriyyəsi 2026-cı ildə bir milyard dollara çata bilər.

Bunu açıqlamasında Qazaxıstanın Ticarət və İnteqrasiya nazirinin müavini Ayjan Bijanova deyib.

O qeyd edib ki, iki ölkə arasında ticarət dövriyyəsi artım tempinə baxmayaraq, hələ istənilən səviyyədə deyil: "Ötən ilin nəticələrinə görə, ikitərəfli ticarət dövriyyəsi 536 milyon ABŞ dolları olub. Bizim hədəfimiz yaxın iki ildə bu rəqəmi 1 milyard dollara çatdırmaqdır".

A.Bijanova bildirib ki, bunun üçün konkret tədbirlərdən ibarət yol xəritəsi hazırlanır: "Yol xəritəsində məsul şəxslər və müddətlər müəyyən olunacaq".

İş elanları AzVak.az-da

© "Report"

Seçilən
20
1
marja.az

2Mənbələr