AZ

Tramp düyməyə basdı: müharibə başlaya bilər

ain.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

“ABŞ Prezidenti Donald Trampın nüvə silahı sınaqları ilə bağlı açıqlamalarından sonra müharibə qaçılmazdır”.

Globalinfo.az xəbər verir ki, bunu Trampın keçmiş milli təhlükəsizlik müşaviri, general Maykl Flinn deyib.

“Siyasi kursun dəyişməsi müharibənin təbiətində və davranışında dəyişikliklərə səbəb ola bilər. Belə məqsədlər daha da məhdudlaşdıqda müharibə qaçılmaz olur”, – o yazıb.

Qeyd edək ki, bundan əvvəl ABŞ Prezidenti Donald Tramp Pentaqona dərhal nüvə sınaqlarına başlamağı əmr edib. Qərar Rusiya lideri Vladimir Putinin “Burevestnik” raket sınağı barədə açıqlamasından sonra verilib.

Xatırladaq ki, ABŞ 1992-ci ildən bəri sınaq keçirməyib.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
globalinfo.az

1Mənbələr