Bakı. Trend:
Əksər rayonlarda həkim çatışmazlığı müşahidə olunur.
Trend xəbərverir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçıdirektoru Vüqar Qurbanov 27-ci Azərbaycan Beynəlxalq Tibbİnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasimi çərçivəsində jurnalistlərə açıqlamasındadeyib.
O bildirib ki, bu, təkcə Azərbaycanda deyil, demək olar ki,bütün dünyada mövcud olan problemdir.
"Həkimlərin yetişdirilməsi uzunmüddətli bir prosesdir və busəbəbdən ölkədə, xüsusən də regionlarda bu çətinlik hiss olunur. Buproblemi aradan qaldırmaq məqsədilə “Mental Klinika” layihəsihəyata keçirilir. Layihə çərçivəsində ilin sonuna qədər elə birsahə qalmayacaq ki, orada hər hansı ixtisas üzrə həkim çatışmazlığımövcud olsun", - deyə o əlavə edib.