AZ

Vətən müharibəsi şəhidlərinin şəxsi əşyalarının nümayiş olunduğu sərgi keçirilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi və Milli Azərbaycan Tarixi Muzeyinin birgə təşkilatçılığı ilə “Milli kimlik və tarix” sərgisi təşkil edilib.

Bu barədə Herbiand.az-a nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Bildirilib ki, tədbir 44 günlük Vətən müharibəsinin beşinci ildönümünə və şəhidlərimizin əziz xatirəsinə həsr olunub.

Sərgi zamanı qonaqlar və muzeyin ziyarətçiləri Vətən müharibəsi şəhidlərinin şəxsi əşyaları, şəkilləri və həyat hekayələri ilə tanış olublar. Təqdim edilən hər bir eksponat Vətən müharibəsinin və qazandığımız böyük Zəfərin izlərini əks etdirib.

Qeyd olunub ki, Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuzun möhtəşəm tarixi Zəfər qazandığı Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan qəhrəmanlarımızın əziz xatirəsi daim qəlbimizdə yaşayacaq. Qəhrəman döyüşçülərimizin keçdikləri döyüş yolu və qəhrəmanlıqları gələcək nəsillərə bir nümunədir.

Sonra Sosial Xidmətlər Agentliyinin Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzinin benefisiarlarının işarət dilində olmaqla surdo müşayiəti ilə Azərbaycanın Dövlət Himni səsləndirilib. Ardınca “Parla” İnklüziv-Mədəni Kollektivi maraqlı konsert proqramı ilə çıxış edib.



Seçilən
11
herbiand.az

1Mənbələr