AZ

"Qol olub-olmadığını dəqiq bilmədik" - "Zaqatala"nın baş məşqçisi 0:3-ü şərh etdi

Azərbaycan Kubokunun 2-ci təsnifat mərhələsində "Sumqayıt"a 0:3 hesabı ilə uduzaraq mübarizəni dayandıran "Zaqatala"nın baş məşqçisi Rüstəm Məmmədov yenilgini şərh edib.

Bölgə təmsilçisinin baş məşqçisi fikirlərini Fanat.Az-a bölüşüb. 

"Premyer Liqa komandası ilə 1-ci Liqa təmsilçisi arasında ciddi fərq var. Əsasən də legionerlərin səviyyəsi böyük fərq yaradır. Rəqibi təhlil etsək də, bizə qarşı fərqli sistemlə oynadılar. Bu səbəbdən uşaqlar birinci hissədə daha çox əziyyət çəkdilər. İlk iki qolu heçnədən buraxdıq. Birində standart vəziyyət zamanı diqqətsizlik etdik ki, bu məqam üzərində çox işləməliyik. Digərinin qol olub-olmadığını isə dəqiq bilmədik. Hər halda, hakimlər o qolu da qeydə aldılar. 

Bütün hallarda, belə bir rəqibə qarşı oynamaq bizim üçün çox yaxşı təcrübə oldu. Bəlkə də bizə qarşı oyuna bir qədər arxayın çıxdıqları üçün müəyyən boşluqlar verirdilər. Yaxşı əks-hücumlar qurduq, qol epizodları yaratdıq. Təəssüf ki, qol vəziyyətlərindən lazımınca faydalanmağı bacarmadıq. Təəssüf ki, hücum xəttindəki bu problemi hələ də aradan qaldıra bilməmişik. İkinci hissədə uşaqlar daha sakit, daha təmkinli göründülər. Futbolçularımız çox şey öyrəndilər. İstərdik ki, yoldaşlıq oyunlarımız da Premyer Liqa komandaları ilə olsun".

Qeyd edək ki, "Sumqayıt" 1/8 finalda I Liqa təmsilçisi "Difai" ilə qarşılaşacaq.

Nihat

Seçilən
9
1
fanat.az

2Mənbələr