AZ

Bakı-Tbilisi-Qars dəmir yolu: Şərqdən Qərbə uzanan iqtisadi körpü

Bakı. Trend:

Düz səkkiz il əvvəl bu gün Prezident İlham Əliyevin təşəbbüsü vəsiyasi iradəsi nəticəsində regionun ən mühüm nəqliyyatlayihələrindən biri – Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xəttiistifadəyə verildi. Bu layihə təkcə Azərbaycanın deyil, bütövlükdəCənubi Qafqaz və Mərkəzi Asiyanın nəqliyyat xəritəsini dəyişdirəntarixi hadisə oldu.

Bakı-Tbilisi-Qars dəmir yolunun ideyası XXI əsrin əvvəllərindəAzərbaycanın təşəbbüsü ilə formalaşdı. Qlobal ticarət axınlarınınAsiyadan Avropaya yönəldiyi bir zamanda, Azərbaycanın “Şərq-Qərbnəqliyyat dəhlizi” ideyasına verdiyi töhfə bu layihədə konkrettəcəssümünü tapdı. BTQ xətti Azərbaycan, Gürcüstan və Türkiyəərazilərini birləşdirərək Çindən Avropaya ən qısa və etibarlı quruyol yaratdı. Bu, həm iqtisadi, həm də siyasi baxımdan regiondövlətlərinin müstəqil qərarvermə imkanlarını artırdı və onlarınbeynəlxalq nəqliyyat sistemində rolunu gücləndirdi. Uzunluğutəxminən 850 kilometr olan dəmir yolunun 500 kilometrdən çoxuAzərbaycan ərazisindən keçir. Avropanı Asiya ilə birləşdirən ənqısa və etibarlı yol olan BTQ-nin fəaliyyəti Şərq-Qərb BeynəlxalqNəqliyyat Dəhlizində Azərbaycanın logistik imkanlarınınartırılmasına gətirib çıxarıb. Dövlət Neft Fondu ümumilikdə 745.9mln. ABŞ dolları vəsait ayrılıb.

2023-2024-cü illərdə ADY tərəfindən Orta Dəhlizin vacib seqmentiolan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsindəmodernləşdirmə işləri aparılıb. Bu, ölkəmizin tranzit potensialınınartırılması, bütövlükdə Orta Dəhlizin rəqabət qabiliyyətininyüksəldilməsi istiqamətində mühüm addımdır. Ötən il BTQ-ninGürcüstan hissəsində modernləşdirmə işləri tamamlanıb və illikyükaşırma həcmi 1 milyon tondan 5 milyon tona çatdırılıb.

BTQ-nin fəaliyyətə başlaması ilə Azərbaycan nəqliyyat-logistikamərkəzinə çevrildi. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt Azadİqtisadi Zonası və digər logistik layihələrlə birgə bu dəmir yoluYeni İpək Yolunun ən vacib halqalarından birinə çevrildi.

BTQ xətti Cənubi Qafqazı Avropa və Asiya arasında körpü rolundabirləşdirir. Bu layihə sayəsində Azərbaycan yalnız tranzit ölkədeyil, beynəlxalq ticarət sisteminin fəal iştirakçısı kimi çıxışedir. Layihə həmçinin “yaşıl logistika” konsepsiyasına uyğunşəkildə modernləşdirilir, rəqəmsal idarəetmə və ekoloji nəqliyyathəlləri tətbiq olunur.

Layihə həmçinin Türkiyə ilə Orta Asiya ölkələri arasında yeniəlaqə yaratdı, Qazaxıstan, Türkmənistan, Özbəkistan və digərdövlətlər üçün dəniz daşımalarına alternativ quru marşrut açdı. Buisə regionda iqtisadi inteqrasiyanı və qarşılıqlı asılılığıgücləndirdi. Bakı–Tbilisi–Qars dəmir yolu Azərbaycanın müstəqilinkişaf modelinin, regional liderliyinin və strateji düşüncəsininbariz nümunəsidir. Səkkiz il ərzində bu xətt regionun iqtisadisimasını dəyişdirib, ölkələr arasında yeni əməkdaşlıq körpülərisalıb və Azərbaycanın beynəlxalq arenadakı mövqeyini daha dagücləndirib.

Hazırda Bakı-Tbilisi-Qars dəmir yolu ilə ildə, təqribən, 6-8milyon ton yük daşınır. Növbəti illərdə isə polad magistralla 3milyon sərnişin və 17 milyon ton yük daşınması nəzərdə tutulur.

Azərbaycanın azad edilmiş ərazilərində bərpa olunaninfrastruktur BTQ-nin gələcəkdə Qarabağ və Naxçıvan istiqamətindəgenişlənməsi üçün yeni imkanlar açır.

Seçilən
24
1
az.trend.az

2Mənbələr