BAKI, 30 oktyabr. TELEQRAF
Xəstəxanalara işə qəbul prosesi nəticələr əsasında həyata keçirilir.
Teleqraf xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İcraçı direktoru Vüqar Qurbanov27-ci Azərbaycan Beynəlxalq Tibb İnnovasiyaları Sərgisi - "Medinex 2025"in açılış mərasi çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O deyib ki, əgər işçilərimiz sertifikasiya imtahanlarından uğursuz nəticə əldə edirlərsə, onlar ilkin mərhələdə müvəqqəti olaraq tibbi xidmətdən uzaqlaşdırılırlar.
"Növbəti imtahanda da uğursuz olacaqları təqdirdə, onların fəaliyyətinə tamamilə xitam verilir", - o əlavə edib.