AZ

Libertadores Kubokunda ilk finalçı bəlli oldu

Cənubi Amerikanın futbol klublarının mübarizə apardığı Libertadores Kubokunda ilk finalçı bəlli olub.

"Unikal" xəbər verir ki, Braziliyanın “Flamenqo” komandası cavab oyununda Argentinanın “Rasinq” klubu ilə qarşılaşıb. Görüş qolsuz heç-heçə ilə yekunlaşıb.

İlk matçda rəqibinə 1:0 hesabı ilə qalib gələn Braziliya təmsilçisi həlledici mərhələyə yüksəlib.

Turnirin ikinci finalçısı “Palmeyras” (Braziliya) – “Kito” (Ekvador) qarşılaşmasının qalibi olacaq. Birinci oyunda Ekvador təmsilçisi sevinən tərəf olub – 3:0.

Seçilən
21
2
unikal.az

3Mənbələr