AZ

Çin “TikTok”la bağlı ABŞ ilə əməkdaşlıq edəcək

Bakı. Trend:

Rəsmi Pekin “TikTok” platformasının mülkiyyəti məsələsinin həlliilə bağlı ABŞ ilə əməkdaşlıq etməyi planlaşdırır.

Trend xarici KİV-əistinadən xəbər verir ki, bu barədə Çin Ticarət Nazirliyi ÇXRrəhbəri Si Cinpin və ABŞ Prezidenti Donald Trampın Pusandakı(Cənubi Koreya Respublikası) görüşlərinin nəticələrinə əsasənbəyanat yayıb.

“Tərəflər həmçinin Madriddə keçirilən ticarətməsləhətləşmələrinin nəticələrini təsdiqləyiblər, ABŞ investisiyakimi müəyyən sahələrdə müsbət öhdəliklər götürüb, Çin isə “TikTok”məsələsini ABŞ ilə birlikdə lazımi qaydada həll etməyə razılaşıb",- deyə nazirliyin saytında dərc olunan bəyanatda bildirilir.

Qeyd edək ki, 25 sentyabr tarixində Trampın imzaladığı fərmanla,Çin sosial şəbəkəsi olan “TikTok”un Birləşmiş Ştatlar biznesininnəzarətinə keçməsi ilə bağlı sövdələşmə təsdiqlənib.

Fərmanda bildirilir ki, yeni qurumda ən böyük pay və nəzarət ABŞvətəndaşlarına məxsus olacaq. Çin şirkəti “ByteDance” isə 20%-dənaz pay əldə edəcək, qalan hissə isə müəyyən investorlara məxsusolacaq. Həmin investorların kimliyi açıqlanmır.

Məqalədə:
Seçilən
16
az.trend.az

1Mənbələr