AZ

"Trend" istəyi psixoloji problemdən xəbər verir? - AÇIQLAMA

Sosial şəbəkələr bu gün bir çox insanların düşüncə tərzinə, davranışına və həyat tərzinə ciddi şəkildə təsir göstərir. Xüsusilə gənc nəsil arasında sosial media trendləri həyatın istiqamətini müəyyənləşdirən amilə çevrilib.

Bəzi insanlar üçün trenddə olmaq artıq sadəcə onlayn fəallıq deyil, gündəlik həyatın əsas məqsədidir. Bu vəziyyət psixoloji problemdən xəbər verə bilərmi və qarşısını almaq üçün nə etmək lazımdır?

Olaylar.az xəbər verir ki, mövcud məsələ ilə bağlı Sfera.az-a açıqlama verən psixoloq Gövhər Məmmədova sosial şəbəkələrdən düzgün istifadə olunmamasının son illərdə ciddi sosial və psixoloji problemlərə yol açdığını deyib. Onun sözlərinə görə, məşhurlaşan obyektlərin və trendlərin təsiri xüsusilə psixoloji cəhətdən daha həssas insanlarda özünü göstərir:

"Belə insanlar bəzən öz həyatından narazılıq hiss edir, başqalarının sahib olduğu həyata həsədlə baxır və geridə qalmaq qorxusuyla sevmədiyi, lakin "trend" hesab edilən davranışlara qoşulurlar. Zamanla bu hal sosial şəbəkə asılılığına çevrilir, insan real həyatdan uzaqlaşır və nəticədə xoşbəxtlik hissi azalır. Ona görə də sosial şəbəkələrdən yalnız məlumat əldə etmək, faydalı informasiyaları öyrənmək və əylənmək məqsədilə istifadə etmək daha doğrudur. Hər şeydə olduğu kimi, burada da ölçü vacibdir".

Psixoloq gün ərzində açıq havada vaxt keçirməyin, internetsiz fəaliyyətlərlə məşğul olmağın, idman və ya hər hansı hobbi ilə maraqlanmaq insanın həm fiziki, həm də psixoloji sağlamlığına müsbət təsir göstərə bildiyini vurğulayıb.

Qeyd edək ki, son illərdə aparılan elmi tədqiqatlar sosial mediadan həddindən artıq istifadənin insan psixologiyasına mənfi təsirini sübut edib. "BMC Psychology" jurnalında dərc olunan 2024-cü il tədqiqatına görə, sosial media asılılığı depressiya və streslə birbaşa əlaqəlidir. Araşdırmada qeyd olunur ki, xüsusilə psixoloji cəhətdən həssas insanlar sosial şəbəkələrdə başqaları ilə özlərini müqayisə etdikcə, öz həyatlarından narazılıq hissi artır və xoşbəxtlik səviyyəsi azalır.

Bununla bağlı araşdırma aparan "PubMed" və "UNC" Universitetinin tədqiqatlarında da oxşar nəticələr əldə olunub. Məlum olub ki, sosial şəbəkələrdən passiv istifadə yəni, sadəcə başqalarının paylaşımlarına baxmaq və özünü onlarla müqayisə etmək depressiv əlamətlərin yaranmasına və özünəinamın zəifləməsinə gətirib çıxarır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
olaylar.az

1Mənbələr