AZ

Naxçıvanda hasar uçdu, bir nəfər öldü

Naxçıvanda hasarın uçması nəticəsində bir nəfər ölüb.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Babək rayonunun Nehrəm qəsəbəsində qeydə alınıb.

Məlumata görə, iritonnajlı avtomobil daşıdığı yükü hasarın ətrafına boşaldarkən hasar uçub. Nəticədə bir nəfər uçqun altında qalaraq ölüb.

Seçilən
19
10
bakivaxti.az

10Mənbələr